Menu

İsrail Suriyanı kimyəvi hücumda ittiham etdi

10.04.2018, 10:44
İsrail Suriyanı kimyəvi hücumda ittiham etdi

İsrail Suriyanı kimyəvi silah tətbiq etməkdə ittiham edən qərb ölkələrinin sırasına qatılıb.

Trend-in məlumatına görə, İsrail XİN bəyan edib ki, kimyəvi hücum rəsmi Dəməşqin qadağan edilmiş zəhərli maddələrin istehsalı və yayılması ilə məşğul olmasından xəbər verir.

Qeyd edək ki, qərb ölkələri aprelin 7-də Suriyanın Duma şəhərində baş verən kimyəvi hücumda yerli hakimiyyəti ittiham edir. Rəsmi Dəməşq isə bütün ittihamları rədd edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol