Menu

Azərbaycanda böyrək transplantasiyası əməliyyatı olunan 900-da çox insan var

10.04.2018, 11:53
Azərbaycanda böyrək transplantasiyası əməliyyatı olunan 900-da çox insan var

"Hazırda Azərbaycanda böyrək transplantasiyası əməliyyatı olunan 900-dan çox insan var".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov deyib.

O əlavə edib ki, dövlət bu insanların dərman təminatını öz üzərinə götürüb: "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemlərinin həlli üçün şəhər və rayonlarda fəaliyyət göstərən 43 hemodializ mərkəzində 3400-dən artıq xəstə dializ alır".

C.Məmədov bildirib ki, 2017 ci ildə 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb: "Dövlət hesabına 1106 ürək əməliyyatı keçirilib ki, onlardan 226 nəfəri uşaqdır"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol