«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Kiprin cənubunda yerləşmiş Britaniya hərbi-hava qüvvələrinin (HHQ) ekspertləri Sergey Skripalın və qızı Yuliyanın zəhərləndiyi gün Dəməşq ətrafından Moskvaya göndərilmiş məxfi xəbəri «tutublar». Uyğun iddia Britaniyanın «The Times» qəzetinin bazar ertəsi dərc etdiyi materialda yer alıb.
Nəşrin məlumatına görə, xəbərdə «göndərilən çatdırılıb» və «iki şəxs yola düşdü» sözbirləşmələri yer alıb. Bu xəbəri eşidən zaman HHQ-nin leytenantlarından biri əvvəlcə lazımi əhəmiyyət verilməyən və bir gün əvvəl «tutulmuş» xəbəri xatırlamalı olub.
Materialda iddia olunduğu kimi, «tutulmuş informasiya» kəşfiyyat məlumatının bir hissəsi olub. Bu məlumat Rusiya diplomatlarının çıxarıldığı müttəfiq ölkələrə Londonun təqdim etdiyi kəşfiyyat materialının bir hissəsinə çevrilib.


Şərhlər
Kəşfiyyatda əvvəlcə əhəmiyyət verilməyən məlumat termini yoxdur və ola bilməz. Bu satqınının istismar müddəti bitdiyi üçün MKİ və Mİ-6 tərəfindən öldürülməyinə cəhd edilib. cəhd uğursuz alınıb. ingilislərin köhnə xasiyyətidir: onları nə daimi dostları nə də daimi düşmənləri var. əvvəlcə satqın onların dostu idi indi isə düşməni. skripal hal-hazırda istifadə olunmuş prezervativə bənzəyir.