«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, əvvəlki illərlə müqayisədə, 2017-ci ildə dünyada təbii fəlakətlər daha az öldürücü gücə malik olsa da, ancaq material hesabı ilə vurulmuş ziyan xeyli əhəmiyyətli olub. Bu barədə epidemioloji fəlakətlərin araşdırılması üzrə Luvensk katolik universitetindəki Mərkəzin (CRED) hazırladığı və bazar ertəsi dərc olunmuş məruzəsində söhbət açılır.
Subasma, qasırğa, sürüşmə və bir sıra digər təbii fəlakətlər 9 min 503 nəfərin həyatına son qoyub. CRED-in məlumatına görə, bu göstərici 2007-2016-cı illər arası dövrlə müqayisədə (63 min nəfər) əhəmiyyətli dərəcədə (orta illik göstərici hesabı ilə) azdır. Məsələn, 2010-cu ildə Haitidə baş vermiş zəlzələ 225,5 min nəfərin həlak olması ilə nəticələnib. 2008-ci ildə Myanmada baş vermiş «Nargis» siklonu nəticəsində 138,4 min insan tələf olub.
Məruzədə qeyl olunur ki, 2017-ci ildə ən çox təbii fəlakət hadisəsi Asiya qitəsində qeydə alınıb - 136 hadisə (dünyadakı ümumi sayın 45 faizi). Məsələn, onlardan 25-i təkcə Çində baş verib və 15 milyon insan bundan zərər çəkib.
Hindistanda 15 təbii fəlakət hadisəsi yaşanıb - 2,3 min insan onların qurbanı olub, 22,5 milyon nəfər isə bu və ya digər formada zərər çəkib.
Ancaq 2017-ci il daha az ölümsaçan olub. Ümumilikdə, ötən il təbii fəlakətlər dünyaya 314 mlyard dollarlıq ziyan vurub.


Şərhlər