Menu

ABŞ prezidentinin müşaviri istefa verib

10.04.2018, 19:01
ABŞ prezidentinin müşaviri istefa verib

ABŞ prezidenti Donald Trampın daxili təhlükəsizlik və terrorizmlə mübarizə üzrə müşaviri Tomas Bossert istefa verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

"Prezident Tomas Bossertə ölkənin təhlükəsizliyinə sadiq olduğuna görə minnətdardır", - məlumatda qeyd olunub.

Ancaq Ağ evdən istefanın səbəbləri açıqlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol