Menu

İranda 3 yaşlı uşağı döyərək öldürən ögey ata edam edilib

10.04.2018, 19:09
İranda 3 yaşlı uşağı döyərək öldürən ögey ata edam edilib

İranın Gilan vilayətində azyaşlını döyərək öldürən atalığı bu gün məhkəmənin qərarı ilə edam edilib.

Trend-in məlumatına görə, ötən ilin oktyabrında ögey ata 3 yaşında uşağı döyərək öldürüb. Azyaşlının bədənində siqaretlə yandırma izləri də aşkar edilib. Hadisəni törədən şəxs məhkəmədə ifadəsində uşağı öldürmək istəmədiyini, sadəcə qorxutmaq niyyətində olduğunu deyib.

Qeyd edək ki, hadisə baş verərkən azyaşlının anası işdə olub.

Şərhlər

Taliw 2018-04-10 19:09:39

cox ela edibler,bele iwin cezasi ancaq budur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol