«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Qətərin əmiri Təmim ben Hamal Əl Tani Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla görüşünün yekunları barədə danışarkən, Suriya lideri Bəşər Əsədin «hücumlarına»a qarşı durmaq istiqamətində ABŞ Prezidenti ilə eyni mövqedə olduğunu bəyan edib. Bu barədə «Əl-Cəzirə» telekanalı xəbər verib.
Xatırladaq ki, Qətər əmiri Vaşinqtonda səfərdədir. Çərşənbə axşamı ABŞ Prezidenti onu Ağ Evdə qəbul edib.
«Mən, Bəşər Əsəd tərəfindən həyata keçirilən hücumlara son qoymağın qaçılmaz olduğu barədə ABŞ Prezidenti Donald Trampla razıyam» - deyə, əmir bəyan edib. Bundan başqa, Əl Tani qeyd edib ki, Qətər terrorçuluğun madiyyələşdirilməsi ilə mübarizədə ABŞ-la əməkdaşlıq etməyə hazırdır.
Bundan əvvəl Qərb, Dəməşqi Duma şəhərinə (Şərqi Qut) kimyəvi hücum təşkil etməkdə günahlandırıb. Moskva isə guya, Suriya ordusu tərəfindən xlorlu bomba tətbiq olunması bərədə yayılmış informasiyanı təkzib edib.
Rusiya xarici işlər nazirliyi (XİN) bəyan edib ki, Suriya ordusunun zəhərli maddə tətbiq etməsi barədə informasiyanın yayılmasında məqsəd terrorçuları himayə etmək və xaricdən mümkün güc zərbələri endirməyə haqq qazandırmaqdan ibarətdir.
Hələ mart ayının ortalarında Rusiya hərbçiləri belə bir fikir irəli sürmüşdülər ki, sonradan ABŞ belə provokasiyadan Suriyanı vurmaq üçün bəhanə kimi istifadə edəcək.


Şərhlər