«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Ukraynanın Baş prokuroru Yuri Lutsenko bildirib ki, məhkəmə Rusiyanın qum daşıyan gəmisinin həbsinə icazə verib.
O, izah edib ki, Kiyev Krımın Karkinitsk körfəzi rayonundakı qum karxanasında qeyri-qanuni qum istehsal edilməsi məsələsini araşdırır. Onun sözlərinə görə, gəmi Rusiyanın «Trans Services Maritine» şirkətinə məxsusdur, qum isə Kerç yaxınlığında körpü tikintisində istifadə olunur.
«Sözügedən cinayət əməlli istehsalatda vurulmuş zərərin ödənilməsi üçün 2018-ci il aprelin 10-da istintaq məhkəməsi hakiminin qərarı ilə təcavüzkar ölkənin gəmisinin həbs olunması barədə prokurorluğun xahişi təmin olunub» - deyə, Baş prokuror özünün «Feysbuk» səhifəsində yazıb.
Ukrayna prokurorluğu mətbuat xidmətinin məlumatına görə, hazırda gəmi Odessa vilayətinin limanında dayanıb.


Şərhlər