Menu

Gürcüstanda ölkənin beynəlxalq adının dəyişdirilməsi təklif olunur

11.04.2018, 13:34
Gürcüstanda ölkənin beynəlxalq adının dəyişdirilməsi təklif olunur

Gürcüstanda ictimai-siyasi təşkilatların təmsil olunduğu “Allahın adı ilə Zviad yolu” birliyi ölkənin beynəlxalq adının dəyişdirilməsi təklifi ilə çıxış edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təşkilatda hesab edirlər ki, ölkənin beynəlxalq adı Sakartvelo olmalıdır.

Ölkənin adının dəyişdirilməsi və “GE” beynəlxalq kodunun “SAQ” ilə əvəzlənməsi ilə bağlı təklif artıq parlamentə təqdim olunub.

Qeyd edək ki, “Sakartvelo” Gürcüstanın gürcü dilində adıdır və mənası gürcülərin vətəni deməkdir. Bu yaxınlarda Litvada rəsmi sənədlərdə Sakartvelo adının istifadəsinə icazə verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol