"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"un nəticəsinə əsasən, seçkilərdə hazırkı dövlət başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyev 84.49 faiz səslə qalib gəlib.
"Report"un məlumatına görə, Mərkəzin rəhbəri Rizvan Abbasov bildirib ki, seçicilərin 72.3 faizi səsvermədə iştirak edib.
Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:
Qüdrət Həsənquliyev 3.72%
Zahid Oruc 3.21%
Sərdar Cəlaloğlu 3.04%
Araz Əlizadə 1.65%
Hafiz Hacıyev 1.57%
Fərəc Quliyev 1.46 %.
Razi Nurullayev 0.86 %.
Sorğu respublika üzrə 350 seçki məntəqəsində və 48 dairədə keçirilib.


Şərhlər