“DOLLARIN BAHALAŞMASINDAN SÖHBƏT GEDƏ BİLMƏZ!” - "Hamını sakitliyə çağırıram"

Azərbaycanda makroiqtisadi sabitlik var və bu çox ciddi iqtisadi dayaqlara söykənir. Ona görə də manatın növbəti devalvasiyasından söhbət gedə bilməz.

Bunu jurnalistlərə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov seçkilərdən sonra yeni devalvasiya olacağı haqda yayılan şaiyələrlə bağlı deyib.

Azərbaycanın tədiyyə balansının müsbət zonada olduğunu xatırladan E.Rüstəmov bildirib ki, ilin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb. Onun sözlərinə görə, əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən neftin qiyməti 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib.

“Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan söhbət gedə bilməz. Manatın zəifləməsindən də söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur. Əsas xarici ticarət tərəfdaşlarımızı da izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixoloji olaraq 0,2 və ya 0,3 faiz dərəcəsində müəyyən volatillik yarada bilir. Amma bu ciddi bir şey deyil. Manatın rəsmi məzənnəsi sabitdir. Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. Nağd valyutaya olan istənilən tələbatı ödəməyə hazırıq. Biz bu tələbatı ödəyirik və ödəyəcəyik. Məzənnədə tərəddüd üçün əsas heç bir əsas yoxdur. Bir daha bildirirəm ki, ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırıram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşsün", - deyə E.Rüstəmov vurğulayıb.

635x100

Şərhlər

Veteran 2018-04-11 22:50:41

Men bu aciqlamadan bawa duwmedim ki,neyinse harayasa soykenmeyinin metlebe ne dexli var? Cammat deyir ki 15 gun bundan qabaq satiwi 1.6995 olan 1 dolllar bu gun 1.7045 manata satilir!

2+2=4 2018-04-11 22:50:41

Təbriklər!!! Çox böyük nailiyyətdir – neftin dünya bazar qiyməti yüksəkdir, daxil olan valyuta gəlirləri imkan verir manatın məzənnəsinin sabitliyini qorumağa və daxil olduğu kimi, yenidən xaricə axır...))))) Görəsən nə vaxta kimi???....))))) Kim təminat verir daimi yüksək qiymətlərə???...)))))

Memmed 2018-04-11 22:50:41

Ay dünyadan bixeber,sen heç özünde bilmirsen ne danışırsan

hərbi pensiyaçı 2018-04-11 22:50:41

Yaxanızı yırtsanızda Sizə heç kim inanmayacaq. Çünki qeyri-səmimi çıxışlarınızın verdiyiniz sözlərin acı nəticələri göz qabağındadır. Adamda abır-həya yaxşı şeydir.

Anar 2018-04-11 22:50:41

Şair Baxcaliiiii....

FED 2018-04-11 22:50:41

Təcrübə göstərir ki, belə deyirsə, hər şey tərsinədir..

Murad 2018-04-11 22:50:41

Elman Rüstəmov, sen, goturduyun 700 milyon manat Bank kreditini (manatin 1 -ci devalvasiyasindan EVVEL, goturduyun krediti) , Niye, QAYTARMIRSAN DOVLET BUDCESINE ?

Son yazılar