Menu

Ukrayna MDB-dən çıxma prosedurunu başladır - Poroşenko tapşırıq verib

12.04.2018, 19:48
Ukrayna MDB-dən çıxma prosedurunu başladır  - Poroşenko tapşırıq verib

«AzPolitika.info» Ukrayna KİV-nə istinadla xəbər verir ki, ölkə Prezidenti Pyotr Poroşenko Ukraynanın Müstəqil Dövlətlər Birliyinin (MDB) təsis orqanlarından rəsmi olaraq çıxması proseduruna başlanması üçün Nazirlər Kabinetinə müvafiq tapşırıq verib.

Prezident bu barədə 11-ci Kiyev təhlükəsizlik forumunda bəyan edib.

Poroşenko «Minskin uyğun institutlarında Ukrayna təmsilçiliyinin tamamilə bağlanması»nı təklif edib. Bundan başqa, Prezident həm də Ukraynanın MDB çərçivəsində bağlamış olduğu müqavilə-hüquqi bazasının «milli maraqlara uyğunluq» predmetinə inventarlaşdırılması barədə də göstəriş verib.

O, həm də Radaya Rusiya ilə dostluq barədə müqavilənin ayrı-ayrı müddəalarının dayandırılması barədə layihə də təqdim edəcəyini vəd verib.

Poroşenko bəyan edib ki, bu müqavilə Ukraynanın milli maraqlarına uyğun gəlmir.

Burada bir zəruri haşiyəyə çıxmaq istərdik. Belə ki, «Müstəqil Dövlətlər Birliyi» ünvanı rus dilindəki «Sodrujestvo Nezavisımıx Qosudarstv» (SNQ) sözbirləşməsinin dilimizə tərcüməsidir. Amma tərcümə zamanı yanlışa, böyük ehtimalla, məqsədli yanlışa yol verilib. İş burasındadır SNQ söz birləşməsindəki «sodrujestvo» kəlməsi dilimizə sadəcə «birlik» yox, «dostluq birliyi» kimi tərcümə olunmalı idi - məsələn, belə: «Müstəqil Dövlətlərin Dostluq Birliyi». Aydındır ki, belə yazılış Azərbaycan Respublikasının «SNQ»-də iştirakını mümkünsüz edərdi. Nə üçün? Məsələ burasındadır ki, Azərbaycanın uzun müddətdir torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanla müharibə vəziyyətindədir. Nəzərə alsaq ki, Ermənistan da «SNQ» üzvüdür, o zaman iki dovlət arasında sülh müqaviləsi bağlanana qədər, Azərbaycan Ermənistanla «dostluq birliyi»ndə ola bilməz!!! Fəqət, olub...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol