Menu

Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb

12.04.2018, 20:13
Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb

Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib.

Məlumata görə, 66-ZC-806 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobusda hərəkət zamanı yanğın baş verib.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol