Menu

Barselonada sürücü yük maşınını insanların üzərinə sürüb, 7 yaralı var

12.04.2018, 21:56
Barselonada sürücü yük maşınını insanların üzərinə sürüb, 7 yaralı var

İspaniyanın Barselona şəhərinin mərkəzində sürücü bilmədən yük maşınını insanların üzərinə sürüb.

“Report” TASS-a istinadla xəbər verir ki, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

İnsanları vuran yük maşını sonda ağaca çırpılaraq dayanıb. Nəticədə 7 nəfər yüngül xəsarət alıb. Onların arasında sürücünün özü də var.

İlkin məlumata görə, maşının əyləc sistemi işləməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol