Rusiya xüsusi xidmət orqanları 5 il ərzində Böyük Britaniyada Sergey Skripalı izləyiblər.
APA-nın “İndependent”ə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Mark Sedvill tərəfindən NATO baş katibi Yens Stoltenberqə göndərilən məktubda deyilir. Məktub Sergey Skripal və qızının Solsberi şəhərində zəhərlənməsi üzrə aparılan təhqiqata həsr olunub.
Məktubda Skripal işi ilə bağlı məxfi informasiyalar yer alıb. Orada deyilir ki, Rusiya xüsusi xidmət orqanları bir neçə il ərzində “Noviçok” əsəb-iflic qazı ilə sınaqlar aparıblar. Skripallar məhz bu qazla zəhərlənib. Bundan başqa, Rusiya xüsusi xidmət orqanları 2013-cü ildən bəri Skripalların elektron poçtunu da nəzarətdə saxlayıb.
M. Sedvill Rusiyanın Solsberi olayını təşkil etməsi ehtimalının yüksək olduğunu bildirib: “Bu məsələdə yalnız Rusiya texniki vasitələrə, əməliyyat təcrübəsinə və motivə malikdir”.
Qeyd edək ki, Skripalların martın 4-də zəhərlənməsi hadisəsi beynəlxalq miqyasda geniş əks-səda doğurub və Rusiya ilə Qərb arasında yeni diplomatik böhrana səbəb olub.


Şərhlər
Bu satqın peşəkar kəşfiyyatçı oilduğu üçün yəqin 5 il ərzində izlənildiyini hiss edib. Əgər izlənildiyini bilirdisə niyə ingilislərdən kömək istəməyib?.Cavab sadədir: Skripal britaniya x.x. orqanları tərəfindən izlənilib və bunu skripal başa düşüb lakin o elə blib ki, ingilislər onu təhlükəsizliyini təmin etmək üçün izləyirlər. Ona görədə skripal heç kimdən kömək istəməyib. onu britaniya özü zəhərləyib.səbəbi də skripaldan məlumat sızması ehtimalını birdəfəlik həll etməkdir. çüenki skripal işlənmiş prezerva
Bu mənim ikinci şərhimdi, Siz onu göstərmirsiniz(Azpolitika)