Menu

"Real Madrid" və "Bavariya" komandalarının oyunları yeni rekordla əlamətdar olacaq

13.04.2018, 20:10
"Real Madrid" və "Bavariya" komandalarının oyunları yeni rekordla əlamətdar olacaq

İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları arasında keçiriləcək futbol üzrə Çempionlar Liqasının yarımfinal oyunları yeni rekordla əlamətdar olacaq.

"Report"un məlumatına görə, iki komanda Avropanın ən nüfuzlu klub turnirində 25-ci və 26-cı dəfə üz-üzə gələcəklər. İndiyədək heç bir cütlük avrokuboklarda bu qədər görüşməyib.

Qeyd edək ki, "Bavariya" və "Real Madrid" aprelin 25-də Münhendə, mayın 1-də isə İspaniya paytaxtında qarşılaşacaqlar. Digər yarımfinal görüşü İngiltərə "Liverpul"u ilə İtaliya "Roma"sı arasında keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol