Menu

PREZİDENT SARAYINA DA ZƏRBƏ ENDİRİLİB! - Putindən açıqlama + VİDEO

14.04.2018, 11:08
PREZİDENT SARAYINA DA ZƏRBƏ ENDİRİLİB! -  Putindən açıqlama + VİDEO

Müttəfiqlərin 20-dən artıq raketi vurulub! 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Fransa və Britaniya ilə birlikdə Suriyanın hərbi obyektlərinə və mülki infrastrukturuna avia-zərbələr endirib.

Hücum saat yarım çəkib, ilk raketlər Bakı vaxtı ilə saat 04:42-də Qırmızı dəniz rayonundan ABŞ silahlı qüvvələrinə məxsus təyyarə və gəmilərdən buraxılıb. Zərbələr Dəməşqin Barze rayonundakı tədqiqat mərkəzinə və Homsadakı hərbi bazaya endirilib. «SANA» agentliyinin məlumatına görə, Suriyanın raket əleyhinə müdafiə (RƏM) sistemi koalisiyanın 20-dən artıq raketini vura bilib. «Əl-Haram» nəşrinin məlumatına görə, Rusiya Suriya hakimiyyətini hücum barədə xəbərdar edə bilib.

ABŞ «Tomaqavk» raketlərindən istifadə edib. Bu raketlər ötən ilin aprelində də Suriyada «sınaqdan keçirilib».Britaniya təyyarələri «Storm Shadow» qanadlı raketlərindən istifadə edib. Britaniya hərbçilərinin fikrincə, atəşə tutulmuş hərbi bazada kimyəvi silah yerləşə bilərmiş. Britaniyanın 4 ədəd «Tornado» qırıcı-bombardmançı təyyarəsi həm də ABŞ və Fransa tərəfindən Suriyaya birgə zərbə endirməsində də iştirak edib.

Raketin Homsadakı hərbi anbara düşməsi nəticəsində 6 mülki şəxs yaralanıb («RİA Novosti»).

Ölkə hakimiyyəti əhalini raket zərbələrinin nəticələri barədə şaiyələrə inanmamağı çağırıb.

«Röyter» agentliyi xəbər verir ki, Suriyanın paytaxtı Dəməşq şəhərində silsilə güclü partlayışlar qeydə alınıb. Zərbə nəticəsində hökumət kvartalı Əbu-Rumani və Dəməşqdə Prezident sarayı zərər çəkib.

Bəzi məlumatlara görə, Dəməşqin mərkəzində Suriya ordusunu və prezident Əsədi dəstəkləyən kortəbii mitinq toplanır. Aksiya Suriya mərkəzi televiziyasının binası yanında keçir.

Rusiya prezidenti Vladimir Putin ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada bəzi obyektlərə hərbi zərbələr endirilməsinə münasibətini açıqlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, V. Putin bildirib ki, ABŞ və müttəfiqləri BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd şəkildə, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə zərbələr endiriblər.

V. Putin hadisəni terrora qarşı mübarizənin ön cəbhəsində olan suveren dövlətə qarşı təcavüz aktı adlandırıb və BMT TŞ-nin təcili iclasını çağırdıqlarını deyib.

Bu arada Suriyadakı rejimin başçısı Bəşşar Əsədin aprelin 14-də işə getdiyini göstərən görüntülər paylaşılıb. Bu barədə “Haber7” məlumat yayıb.

Bildirilib ki, ABŞ, İngiltərə və Fransa Suriyanın kimyəvi obyektlərini vurduqdan sonra Bəşşar Əsədin işə getdiyini göstərən video paylaşılıb.

Həmin videoda və yayılan fotoda onun əlində çanta işə getdiyi göstərilir.

Şərhlər

Hawimli 2018-04-14 11:08:17

Artig bashar Asad futbol topyna donub Goresen novbeti zerbeden sonra harada olacag

G.M 2018-04-14 11:08:17

ABŞ Admistrasiyası açıq şəkildə öz hegomon qüdrətini nümayiş etdirir..İsrailin istəyinə uyğun olmaqla ərəb Dünyasını və islam aləmini cilovlayır.Dünyada Demokratiyanın diktaturası,avtoritarizm diktaturasını çökdürür.Yeni düzən ,yeni iqtisadi-siyasi proseslərin əsası qoyulur.Rusiyanın quyruğunda sürünən ölkələrin qara günləri başlayacaq.

t.ədalət ə 2018-04-14 11:08:17

Qarib Bashir 1978-ci ildən başlamış dini-etnik ehtiraslı mülkü vətəndaş və dövlət müharibəsinə yerli səbəbi qeyd edib. Görünür, B.Əsəd öz hakimiyyətini bütöv Suriyadan çox sevirmiş? Suriya əhalisi isə artıq beş ildir sonuncu seçkidəki kobud səhvin qanlı nəticələrini görür.

hərbi pensiyaçı 2018-04-14 11:08:17

abş-ın dünyanın sahibi olması heç bir dövlətə o cümlədən bizə də yaxşı heç nə vəd etmir. abş dünyanı qanqster siyasəti ilə idarə edir, pul onlar üçün hər şeydən vacibvdir. 1994-cü ildən bizi ələ salıblar qarabağ münaqişəsinə görə ikiüzlü siyasət aparır. nefti britiş petrolium daşıyıb aparır qəpik-quruşuda verir bizim hökumətə onunda dalına məmurlar keçir.bu xalqa heçnə çatmır.

BAKILI 2018-04-14 11:08:17

ABW bir daha subut etdi ki dunyanin sahibi kimdir

Bashirov Qarib 2018-04-14 11:08:17

Diktatorlarin bir iqamətgahı olmur ki,onu bombalayalar o da işə gələ bilməyə.Ölkə boyu və butun dunyada yuzlərcə belə iqamətgahları olur.Bu diktatorların xislətindədirş

Bashirov Qarib 2018-04-14 11:08:17

Göresen,Muaviyə ilə oglu Yezidin qəbrləri və Hafis Isədin heykəlləri zərər çəkməyib.

t.ədalət 2018-04-14 11:08:17

B.Əsəd hakimiyyəti buraxıb getməlidir.ABŞ isməsə heç kim hakimiyyətdə qala bilməz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol