Menu

NATO ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya zərbələrini dəstəkləyib

14.04.2018, 20:43
NATO ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya zərbələrini dəstəkləyib

NATO-ya üzv ölkələr ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya raket zərbələri endirməsini tam dəstəklərini ifadə ediblər.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının təcili iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Alyansın bütün üzvləri Suriyaya endirilən zərbələrə dəstəklərini ifadə ediblər", - deyə o bildirib. Baş katib həmçinin qeyd edib ki, alyans BMT-nin Suriyada sülhə nail olunması səylərini dəstəkləyir və Rusiyanı Dəməşqin Cenevrə prosesində iştirakını təmin etməyə çağırır.

NATO rəhbəri Rusiya, Suriya və İrandan Suriyaya humanitar yardımın çatdırılması üçün imkan yaradılmasını da tələb edib.

"Suriyaya zərbə Dəməşqin kimyəvi silahdan istifadəsi potensialını zəiflədib", - deyə Stoltenberq bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol