Menu

Ermənistan ordusunun yüksək rütbəli zabiti həbs olundu

14.04.2018, 23:18
Ermənistan ordusunun yüksək rütbəli zabiti həbs olundu

Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı həbs olunub.

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, adı açıqlanmayan zabit polisin Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İlkin məlumatlara görə, o, 2017-ci ildən bəri gənc əsgərlərin ilkin hərbi hazırlığı arzuolunan hərbi hissələrdə keçməsi üçün onların valideynlərindən külli miqdarda rüşvət alıb.

Polkovnik-leytenantın artıq müstəntiqlərə ifadə verdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol