Menu

Şirvanda avtomobil piyadanı vuraraq öldürüb

15.04.2018, 10:40
Şirvanda avtomobil piyadanı vuraraq öldürüb

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 00.30 radələrində Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. Naməlum avtomobil hələlik şəxsiyyəti müəyyən olunmayan təxminən 40-45 yaşlı kişini vuraraq hadisə yerindən uzaqlaşıb. Meyit Şirvan morquna yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol