Amerika Birləşmiş Ştatlarının (ABŞ) başçılıq etdiyi koalisiya Suriyaya zərbə endirərkən, onun mülki əhalisi barədə düşünmür. Amerikalılar hesab edirlər ki, qərb liderləri terrorçuluqla mübarizə aparan yeganə ölkəyə hücuma keçiblər.
Sosial şəbəkə istifadəçiləri amerikalı jurnalist Tom Daqqanın dərc etdiyi videoya belə şərhlər yazırlar. Video Suriyanın paytaxtı Dəməşq şəhərinə hücum zamanı çəkilib. Rolikdə partlayış səsləri altında Daqqan baş verənləri belə şərh edir: «Partlayış səsləri eşdidilir. Raketlər uçur. Səhər saat 04:00-dur. Mən, əminəm ki, ABŞ Suriyaya hücum edib. Bu, sadəcə, dəlilikdir. Bu, bizə hər şeydən az lazım olandır. Bu, planetdə ehtiyac duyulan ən sonuncudur... Raket havaya qalxır. Sağ ol, Amerika! Çox sağ ol! Donald Tramp - qoca idiot! Siz - mütləq idiotsunuz»- Daqqan danışır...
Hücumda iştirak edən Fransa və Britaniya vətəndaşları da jurnalisti dəstəkləyirlər və qeyd edirlər ki, onların dövlətləri utancgətiricidir, dünyada isə bəşəriyyətə qarşı yönəlmiş «sakit müharibə» gedir...
«Bu «sakit müharibə» bəşəriyyətə qarşı aparılır»- «FranWallace» yazır və qeyd edir ki, ABŞ-ın fəaliyyəti son nəticədə bütün planetin məhvinə gətirib çıxarda bilər.
«Yaddan çıxartmayın ki, Böyük Britaniya və Fransa da bununla əlaqəlidir. Mən utanıram ki, mənim ölkəm günahsız insaların öldürülməsi prosesinin iştirakçısına çevrilib»- Bernadette Tyers.
«Zavallı Suriya xalqının taleyi koalisiyada heç kimi maraqlandırmır»- Toni Tonescu
«Qərb liderləri terrorçuluqla mübarizə aparan yeganə ölkəyə hücum ediblər»- Nina Doaud.
.


Şərhlər