Menu

Misir parlamenti fövqəladə vəziyyət rejimini uzadıb

15.04.2018, 20:23
Misir parlamenti fövqəladə vəziyyət rejimini uzadıb

Misir parlamenti ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzadıb.

APA-nın TASS agentliyinə istinadla verdiyi xəbərə görə, beləliklə parlament prezidenti Əbdülfəttah əs-Sisinin aprelin 13-də imzaladığı fərmanı təsdiqləyib.

Misirdə fövqəladə vəziyyət rejimi ötən il İsgəndəriyyə və Tanta şəhərlərində baş verən iki terror aktından sonra tətbiq edilib. O zaman xristian kilsələrində törədilən partlayışlar nəticəsində 40-dan çox insan həyatını itirib. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, hazırda Misir ordusu Sinay yarımadasının mərkəzi və şimal hissəsində terrorçulara qarşı irimiqyaslı əməliyyat aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol