Menu

Bakıda 45 yaşlı qadın itkin düşüb

16.04.2018, 13:37
Bakıda 45 yaşlı qadın itkin düşüb

Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Səbinə Bünyatova aprelin 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir: Boyu 150 sm., arıq bədən quruluşludur, qısa sarı saçı var. Evdən çıxarkən əynində göy cins şalvar, qara gödəkçə və göy rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə, 8-ci Polis Bölməsinə (012) 437-02-02, (012) 491-02-02, (050) 210-59-05 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol