ELDAR HƏSƏNOV, SİZ KİMSİNİZ?
Ələmdar MƏMMƏDOV, keçmiş prokuror
Eldar Həsənovla əvvəllər şəxsi tanışlığım olmayıb. 1990-cı ilin aprel ayında bir məsələnin ədalətli həlli ilə əlaqədar Cəlilabada iki tanışını göndərmişdi. Həmin vaxt o, Gəncə Şəhər Milis İdarəsinin rəisi vəzifəsində işləyirdi. Xahiş olunan məsələ dövrün “qaydalarına” uyğun olmayan şəkildə öz qanuni həllini tapdı. İllər ötdü. 1994-cü ildə Eldar müəllim Baş Prokurorun I müavini, mən isə Zaqatala rayon prokuroru vəzifəsində işləyirdim. Baş Prokuror yerində olmadığına görə bir günlük icazə almaq üçün, Eldar müəllimə zəng etməli oldum. Salamlaşdıqdan sonra dedim:
- Eldar müəllim, tanış olmasaq da, Sizi yeni vəzifəniz münasibəti ilə təbrik edir və bir günlük icazə istəyirəm.
Eldar müəllim xoş ovqatla “Ələmdar müəllim, mən Sizi çox yaxşı tanıyıram”, - dedi və icazə verdi. Onun danışıq tərzi və unutqan olmaması məni məmnun etdi.
1994-cü ilin məlum oktyabr hadisələrindən sonra Eldar müəllim Baş Prokuror səlahiyyətlərini icra etməyə başladı və 1995-ci ilin mart ayında Baş Prokuror vəzifəsinə təyin olundu. Eldar Həsənovun respublikanın Baş Prokuroru vəzifəsinə təyinatını birmənalı qarşılamayan prokurorluq işçilərini iki məsələ düşündürürdü. Əvvəla, Eldar müəllim prokurorluq orqanlarında təzə adam olduğundan, bu orqanın çoxşaxəli, bəzən elmi yanaşma tələb edən işini və nəzarət sahələrini mənimsəyib, rəhbərlik edə biləcəkdimi!? İkincisi, gənc yaşlarından DİO-da müxtəlif vəzifələrdə çalışmış, prokuror nəzarətinin ağırlığını çiynində daşımış bir adam idarəçilik üsullarını dəyişə biləcəkdimi (Həmin dövrdə hansı polis işçisinə rast gəlirdin Eldar müəllimlə yaxınlığından, tanışlığından, bir yerdə işləməsindən danışırdı.).
İrəli gedərək bildirim ki, Eldar müəllim işgüzarlığı, insani keyfiyyətləri və istedadı ilə qısa müddətdə hər iki sualın cavabını verdi və Baş Prokuror olmağa layiq olduğunu sübut etdi. Polisdən saxladığı yeganə vərdiş - məsələlərə operativ yanaşması oldu.
Həmin dövrdə Baş Prokurorluğun Təşkilat Analitik İdarəsində rəis müavini isləmiş Əzizağa Həsənovun dediklərindən:
- İlin yekunu ilə əlaqədar idarə rəisi ilə birlikdə məruzəni hazırlayıb Eldar müəllimə təqdim etdik. Kollegiyaya 2 gün qalmış bizi çağırdı. Necə deyərlər, alt-üst etdiyi məruzəni yenidən işləməyi mənə tapşırdı. Hansı məsələlərə daha çox fikir verilməli olduğunu yazılı şəkildə göstərdi. Mən düzü məəttəl qalmışdım. Bir gün də olsun prokuror nəzarəti sahəsində işləməyən adam dəyərli prokuror göstərişləri verirdi. Məruzəni hazırlayıb Eldar müəllimə təqdim edərkən, oxuyub yenə bir neçə əlavə etdi…
Doğrudan da Eldar müəllimin məruzələrində yenilik ruhu hiss olunurdu. Özünəməxsus diksiyası onun çıxışlarını daha da canlı və effektli edirdi.
İdarəçilik üsulları ilə əlaqədar mənim yaxından iştirakımla baş vermiş bir hadisəni danışmaq istəyirəm. 1992-1993-cü illərdəki xaos vəziyyəti arxada qalsa da, 1994-1995-ci illərdə də ayrı-ayrı yerlərdə itaətsizlik halları baş verirdi. Qonşu rayonun kəndlərinin birində bu vəziyyət daha ciddi şəkil almışdı. Kənd sakinləri polis və prokurorluq işçilərinin qanuni çağırışına gəlmir, özbaşınalıq edirdilər. Polis rəisi 2 nəfər kənd sakinini istintaq zərurəti ilə əlaqədar çağırmaq üçün, Qarabağ döyüşlərində bərkdən-boşdan çıxmış 3 nəfər polis nəfərini kəndə göndərir. Polis işçiləri çayxanada olan həmin adamları maşına otuzdurub şöbəyə gətirmək istəyərkən, ətrafda olan camaat toplaşıb mane olur. Yaxında olan post-patrul xidmətinin əməkdaşları işə qarışsalar da mübahisə əlbəyaxa davaya çevrilir, nəticədə çoxsaylı kənd sakinləri və polis işçiləri xəsarət alır. Hadisədən sonra kənd ağsaqqalları və nüfuzlu şəxslər işə qarışır və məsələ rəsmiləşdirilmədən barışıq elan olunur.
15 gündən sonra Dağıstan Dövlət Şurasının sədri Maqomedəli Maqomedəliyevin imzası ilə Prezident Aparatına məktub daxil olur. Məktubda göstərilirdi ki, kənd sakinləri polis işçiləri tərəfindən zorakılığa məruz qalıb, 17 nəfər yüngül, bir nəfər isə az ağır xəsarət alıb. Dağıstan Məhkəmə Tibb Ekspertiza Bürosu tərəfindən verilmiş rəylər məktuba əlavə olunur. Baş Prokurorluq tərəfindən CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə (səlahiyyət həddini aşmaqla bərabər zor göstərmə) başlanılmış cinayət işinin istintaqı mühüm işlər üzrə müstəntiqə tapşırılır. Müstəntiq bir aydan artıq istintaq aparıb, 18 nəfər kənd sakinini zərərçəkmiş kimi tanıyır. Hadisədən xeyli müddət keçdiyinə görə polis işçilərinə yetirilmiş xəsarətlər ekspertiza rəyi ilə təsdiq olunmur. Bundan sonra cinayət işi heç bir səbəb göstərilmədən istintaqın davam etdirilməsi üçün Zaqatala rayon prokurorluğuna göndərilir.
İş materialları ilə tanış olarkən məlum oldu ki, mühüm işlər üzrə müstəntiq bütün istintaq hərəkətlərini yerinə yetirib, polis işçilərinin əməli sübuta yetirilib və onlara CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə ittiham elan olunmaqla, barələrində həbs qəti-imkan tədbiri seçilməlidir. İşin istintaqını prokurorluğun müstəntiqi Fərrux Babayevə tapşırdım və göstəriş verdim ki, heç bir istintintaq hərəkəti aparmasın. Nə üçün belə qərara gəlmişdim!? Dostlarım olsa da, qonşu rayonun prokuroru və polis şöbəsinin rəisi barışığa getməklə kobud səhvə yol vermişdilər. Bütün hallarda hadisə qeydə alınmalı, xəsarət alanlar, o cümlədən, polis əməkdaşları ekspertiza müayinəsindən keçirilməli, CM-nin 189-1 maddəsinin 2-ci hissəsi (Polis işçisinə zor işlətməklə müqavimət göstərmə) və 168-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanılmalı idi. Əvəzində isə qanunda nəzərdə tutulmayan barışıq elan olunmuş, qarşı tərəf də verilən fürsətdən yetərincə yararlanmışdı. Beləliklə, prokuror, polis rəisinin səriştəsizliyi və mövqesizliyi, mühüm işlər üzrə müstəntiqin biganəliyi üzündən vətən uğrunda döyüşlərdə iştirak etmiş, necə deyərlər, “buyruq qulu olub” vəzifələrini icra edən sıravi polis əməkdaşları faktiki olaraq, “parter” vəziyyətinə salınmışdılar. Məni ən çox narahat edən isə bu işdə ədalət prinsipinin pozulması və bununla da dövlətçiliyə vurulan zərbə idi. Ona görə də polis işçilərini qorumaqda qərarlı idim (Bunu hamıdan gizli saxlayırdım.). Təxminən 3 ay keçdi. Şikayətlər səngimək bilmirdi. Qonşu rayonun polis rəisi və prokuroru hər həftə gəlir, canyananlıqla işin aqibəti ilə maraqlanırdılar. Mən hər dəfə onlara deyirdim ki, çalışın şikayətlər az olsun. Mənim yanıma gəlməkdənsə, birinci gün etdiyiniz kimi, şikayətçilərlə barışığa gedin. Növbəti dəfə yanıma gələn və barışıqla bağlı heç bir real addım atmayan polis rəisi ilə bir qədər sərt danışaraq dedim ki, bir neçə üzləşmə hərəkəti aparıb, sizin əməkdaşları məhkəməyə vermək və sənin haqqında lazımi tədbir görmək çətin məsələ deyil. İki gündən sonra Baş Prokurorluqdan zəng edərək məni və müstəntiqi cinayət işini məruzə etmək üçün Bakıya çağırdılar. Üç ay ərzində heç bir istintaq hərəkəti aparılmayan cinayət işini götürüb, özüm Baş Prokurorun müavini Nazim Allahverdiyevin qəbuluna getdim. Xüsusi nəzarətə götürülmüş, şikayətlərin ara vermədiyi, qonşu dövlət rəhbərliyinin qarışdığı cinayət işini üç ay hərəkətsiz saxlamağın məsuliyyətinin nə dərəcədə ağır olmasını istintaq və prokurorluq işçiləri daha yaxşı bilir. Gənclik illərindən dostluq münasibətində olduğum Nazim müəllim işi vərəqləyərkən istintaq hərəkətləri aparılmamasını qörüb, həyəcanla dedi:
- Ələmdar, sən nə etmisən?
Mən cinayət işi ilə əlaqədar mülahizələrimi və nəzərdə tutduğum tədbiri Nazim müəllimə deyəndə qismən razılaşdı. Birlikdə Eldar müəllimin qəbuluna getdik. Eldar müəllimlə görüşdə də eyni səhnə təkrar olundu. O, işdə heç bir istintaq hərəkəti olmamasının səbəbini bilən kimi, telefonun dəstəyini götürüb, polis rəisi ilə danışdı. Adətən təmkinli və ağır hərəkətləri ilə fərqlənən Eldar müəllim rəislə əsəbi şəkildə danışaraq, təxminən aşağıdakıları dedi:
- Biz səninlə gənc yaşlarımızdan bir-birimizi tanıyırıq, çörək də kəsmişik. Lakin bu sənə haqq vermir ki, səriştəsizliyinin günahını başqalarının üzərinə atasan. Mən bu ölkənin Baş Prokuroruyam və ədalətli prokuror mövqeyi mənim üçün hər cür dost-tanışlıqdan üstündür.
Eldar müəllim rəisə bir neçə ağır söz deyib, sonra Daxili İşlər naziri Ramil Usubovla danışdı. Mən onun təklifi ilə Ramil müəllimlə də görüşdüm. Ramil müəllim də məni mehribanlıqla qarşıladı və qərarımı təqdir etdi.
Məlum səbəblərdən cinayət işi hadisədən 20 gün sonra başlanmışdı. Xəsarətlərin kim tərəfindən, hansı şəxsə, hansı şəraitdə yetirilməsini aydınlaşdırmaq mümkün olmadığından təqsirlilik dərəcəsini də müəyyən etmək mümkün deyildi. Qanunda nəzərdə tutulmasa da, bu əsasla cinayət işinin icraatı dayandırıldı. Eldar müəllim dövlət və dövlətçilik məsələlərinə həssaslıqla yanaşırdı.
Geniş təfərrüatına varmadan iki hadisəni nəql etmək istəyirəm. 1996-cı ilin əvvəllərində gecə saat 1:00 radələrində bir vətənpərvər mənə zəng edərək hüquqi fakta söykənməsə də, dövlətçilik üçün mühüm əhəmiyyət kəsb edən məlumat çatdırdı. Xeyli fikirləşdim. Məsələ mənim səlahiyyətim və imkanım xaricində, Respublika müstəvisində həll olunmalı idi. Hava məkanı ilə əlaqədar olan bu hadisə səhər saat 7-8 radələrində baş verə bilərdi. Xeyli tərəddüd etdim. Necə deyərlər, “bu gün tezdir, sabah gec” dilemması qarşısında idim. Saat 1:30 da Baş Prokurorluğun növbətçisinə zəng etdim. Növbətçi dedi ki, Eldar müəllim işdən saat 22-də gedib. Sabah zəng edərsiniz. Dedim ki, məsələ ciddidir, sabahı gözləyə bilmərəm, Eldar müəllimlə mütləq danışmalıyam. Həyəcanla gözləyirdim (Məlumat yalnış da ola bilərdi.). Heç 20 dəqiqə keçməmiş Eldar müəllim zəng etdi. Həmişəki qaydada gümrah səslə salamlaşıb kef-əhval soruşduqdan sonra, məsələnin mahiyyəti ilə maraqlandı. Aldığım məlumatı məruzə etdikdən sonra bildirdim ki, məlumat yalnış da ola bilər, lakin dövlətçilik üçün əhəmiyyət kəsb etdiyini güman etdiyimdən, Sizi narahat etmişəm. Eldar müəllim cavabında dedi:
- Düz eləmisən, dövlətçilikdə xırda məsələ yoxdur!
Səhər saat 10 radələrində Eldar müəllim yenidən zəng etdi:
- Məsələ ən yüksək səviyyədə həll olundu. Sağ ol!
Mən rahat nəfəs aldım. Goranboy rayonunda işlədiyim ilk aylarda sərhəd məsələləri ilə yaxından tanış olarkən, bir neçə uyğunsuzluq və təhlükəli məqamlar hiss edib, fikirlərimi Eldar müəllimlə bölüşdüm. Eldar müəllim məni diqqqətlə dinləyərək, məsələnin şəxsən cənab Prezidentə məruzə edilməli olduğuna görə, öz fikirlərimi yazılı şəkildə çatdırmağı məsləhət bildi. Mən rayona qayıdıb bəzi detalları bir daha dəqiqləşdirərək iki vərəqədən ibarət məktub yazdım. Lakin özümü sığortalamaq məqsədi ilə prokuror “siyasəti və təcrübəmi” işə salaraq məktuba aşağıdakı məzmunda əlavə etdim: “P.S. Hörmətli Eldar müəllim!Mənim bu dediklərim prokuror kimi konkret hüquqi faktlara deyil, vətəndaş kimi şəxsi müşahidə və mülahizələrimə əsaslanır. Xahiş edirəm nəzərə alasınız”.
Bu əlavə ilə məktub hüquqi müstəvidən çıxıb, adi məlumata çevrilsə də, Eldar müəllim məsələyə operativ müdaxilə edərək uyğunsuzluğun aradan qaldırılmasına nail oldu.
Müdriklik özündə bir çox elementi ehtiva edir. Ədalətli və savadlı olmaqla yanaşı səbrli və təmkinli olmaq müdrikliyin əsas şərtidir. Eldar müəllimdə bu xüsusiyyətlər özünü daha qabarıq şəkildə göstərirdi. Bir hadisəni nəql etmək istəyirəm. 1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bütün ölkə üzrə gücləri çatan qədər kütləvi kadr dəyişikliyi etdilər. 1993-cü ildə Xalq Cəbhəsi hakimiyyətdən getdikdə bütün rayonlarda əks proses -cəbhəçilərin hakimiyyətdən uzaqlaşdırılması başladı. Zaqatalada bir çox cəbhəçilərin vəzifədə qalaraq rayonun ictimai-siyasi həyatında iştirak etməsinə şərait yaradıldı. Həmin dövrdə demək olar ki, hər gün Kütləvi İnformasiya Vasitələrində bu və ya digər rayonda cəbhəçilərdən silah-sursat yığılması, evlərdə axtarış aparılması barədə xəbərlər yayılırdı. Bəlkə də yeganə rayon idi ki, Zaqataladan belə məlumatlar yayınlanmırdı. Bu o demək deyil ki, Zaqatalada qanunsuz silah gəzdirən və saxlayanlara qarşı mübarizə aparılmırdı. Əsla! Bu sahədə Zaqatala hüquq-mühafizə orqanları daha ciddi mübarizə aparırdılar. Sadəcə olaraq biz gördüyümüz işləri gözə soxmur və “siyasiləşdirmirdik”. Mənim Zaqatalada ictimai-siyasi vəziyyətə fərqli münasibətim hətta rayonun özündə bir çoxlarını qıcıqlandırırdı. 1995-ci ilin aprel ayında rayona yeni təyin edilmiş polis rəisi Hamlet Salahov yanıma gələrək dedi:
- Ələmdar müəllim, mən Prezident Aparatında söhbətdən keçərkən tapşırdılar Sizə deyim ki, prokurorun cəbhəçiləri müdafiə etməsinin aqibəti onun üçün pis qurtarar. Özünü yığışdırsın!...
Bu xəbərdarlığı böyük ədalətsizlik hesab etdiyimdən heç cür həzm edə bilmirdim.Prokuror işlədiyim müddətdə 4-cü dəfə idi vəzifədən getmək fikrinə düşmüşdüm. Avqust ayında Prezident Aparatının məsul işçilərinin iştirak etdiyi altı aylığın yekunu ilə əlaqədar keçirilən kollegiya iclasında çıxışımı qurtardıqdan sonra Eldar müəllim dedi:
- Məlimatlar var ki, Zaqatalada müxalifət hakimiyyət strukturlarına yeriyib...
Bu replikanı gözləsəm də, cavabım sərt alındı:
- Əgər bir rayonda müxalifət hakimiyyət strukturlarına yeriyibsə, deməli həmin rayonda prokuror yoxdur!
Hamı Eldar müəllimin ciddi tədbir görəcəyini gözlədiyi halda o, müdriklik göstərərək, sakit tərzdə dedi:
- Kollegiyadan sonra mənim yanıma gələrsiniz.
Kollegiyadan sonra görüşümüzdə Zaqatalanın problemlərini və özəlliklərini Eldar müəllimə çatdırdım və sonrakı hadisələrdə o? həmişə mənə dəstək oldu. Ümumiyyətlə, Eldar müəllim bir çox məsələlərdə humanistlik nümunəsi göstərirdi. 1995-ci ilin mart hadisələri ilə əlaqədar televiziya ilə yayımlanan çıxışlarının birində təxminən aşağıdakı fikirləri səsləndirdi:
- Omonçular (XTPD) arasında cinayət edənlərlə yanaşı dövləti, xalqı üçün canından, qanından keçənlər də çox olub. Aldanmış, necə deyərlər, əmr qulu olmuş insanlara güzəşt etmək lazımdır.
Onun bu sözləri ilə onlarca “omonçu” məhkum olmaqdan qurtulmuş oldu.
Adını çəkmək istəmədiyim, ölkədə tanınmış bir ailənin iki üzvü həbs olunmuşdu. Dövlətçilik havası oynayan bəzi şou həvəskarları ailənin 3-cü, hətta 4-cü üzvünün həbs olunmasını istəyirdilər. Təsadüfən Eldar müəllimin yanında idim. Eldar müəllim bir nəfərlə telefonla danışaraq deyirdi: "Bizim vəzifəmiz cinayəti məhv etməkdir, cinayətkarı yox! Digər ailə üzvlərinin həbs edilməsi ictimai rəyə pis təsir etməklə, dövlətimizin imicinə kölgə salar". Sonradan Eldar müəllim bu məsələnin ən düzgün həllini tapdı.
Eldar müəllim işçilərinə önəm verir və qoruyurdu. İki hadisə danışmaq istəyirəm. Goranboyda işlədiyim ikinci ayda Respublikanın ən təcrübəli rayon prokurorlarından olsam da, bir məsələnin həllində tələsikliyə yol verərək, nisbətən yüngül cinayət törətmələrinə baxmayaraq, kolxoz sədri və İH-nin yerli nümayəndəsinin barəsində həbs qəti-imkan tədbiri seçmişdim. Bu hadisə rayonda güclü rezonans yaratmış və RİH-nin başçısı Ağa Əkbərovun haqlı narazılığına səbəb olmuşdu. Aramızda ciddi söhbət də baş vermişdi (Həmin tələsikliyin nəticələrini 15 gün ərzində aradan qaldıra bilmişdim.). Bu hadisədən bir neçə gün sonra Ağa kişi ilə görüşərkən dedi:
- Ələmdar müəllim, dünən Bakıda hüzr yerində güc strukturları rəhbərlərinin və Prezident Aparatının məsul işçilərinin yanında Eldar müəllimə Sizdən şikayət edərək bildirdim ki, təriflədiyiniz prokuror tələsik qərarlar qəbul edərək, yüngül xətaya görə kolxoz sədri və İH-nin kənd nümayəndəliyinin başçısını həbsə alıb. Eldar müəllim cavabında dedi ki, Ağa kişi, Ələmdar müəllim bizim ən təcrübəli və savadlı prokurorlarımızdan biridir. Əgər səhvə yol veribsə, özü mütləq düzəldəcək.
Maraqlı burasıdır ki, Eldar müəllim bu məsələni mənim üzümə vurmadı.
Gədəbəy rayon prokuroru Əli Eyvazov Goranboy rayonu ərazisində qohumunun idarə etdiyi maşında qəzaya düşərək xəsarət almış və Gəncə xəstəxanalarının birinə yerləşdirilmişdi. Bir neçə rayon prokuroru ilə onu yoluxmağa getmişdik. Eldar müəllim telefonla əvvəlcə Əli Eyvazovla danışıb, səhhəti ilə maraqlandı. Sonra mənimlə danışaraq dedi ki, sən ağsaqqal kimi Əliyə lazım olan bütün köməkliyi göstər. Eldar müəllim prokurorluğu bir ailə kimi görmək istəyirdi. 1998-ci ildə prokurorluğun ləyaqətli işçisi, hamının sevimlisi, Bərdə rayon prokuroru Nizami Alıkişiyev 49 yaşında qəflətən vəfat etdi. Eldar müəllimin təşəbbüsü ilə dəfn mərasimində və sonrakı günlərdə Baş prokurorun müavini Nazim Allahverdiyev və respublikanın demək olar ki, bütün rayon prokurorları iştirak etdilər. Mənə şəxsən özü zəng edərək, məclisdə ağsaqqal kimi iştirak etməyi tapşırdı. Bu həmin dövr üçün bir yenilik idi. Rəhbərlik etmək bacarığının vacib şərtlərindən biri də nə qədər öfkəli olsan da, qarşı tərəfi dinləyib, sonra qərar verə bilmək bacarığıdır.
Gənclik illərindən həmişə hörmətim keçən, bütün ağrı-acılarına şərik olduğum prokuror yoldaşlarımızdan biri vəzifəcə boyüyüb idarə rəisi olandan sonra hər addımda mənə badalaq gəlir, müxtəlif yoxlamalar göndərir, arayış və məktubların yazıldığı kağızların keyfiyyətinə belə irad tutur, bütün vasitələrlə məni gözdən salmaq istəyirdi. Aramızda baş vermiş ciddi söhbət zamanı onun “müəyyən etdiyi qaydalara” boyun əyməyəcəyimi bəyan etmişdim. Bir dəfə “rəis” zəng edərək dedi:
- Ələmdar, Baş Prokurorun tapşırığı var, kağız-qələm götür yaz! Filan kq un, yağ, qənd, çay və.s. sabah Tərtər şəhərində yerləşən qaçqın düşərgəsinə aparıb təhvil verib, nəticəsini mənə məruzə edərsən.
Cavabında dedim ki, mən bu tapşırığı icra edə bilməyəcəyəm, ona görə ki... "Rəis" sözümü bitirməyə imkan vermədən dəstəyi asdı. Heç üç dəqiqə keçməmiş Eldar müəllim özü zəng etdi. Qaçqın və köçkünlərin problemi Eldar müəllimin, necə deyərlər, ağrılı yeri idi. O, yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımızın problemlərinə xüsusi həssaslıqla yanaşır və tabe prokurorlardan da bunu tələb edirdi. Odur ki, bir qədər əsəbi şəkildə "Bu nə deməkdir, Siz mənim tapşırıqlarımı icra etmək istəmirsiniz?"- deyə, sual etdikdə cavab verdim ki, Eldar müəllim, Goranboy rayonunda 8 min nəfər qaçqın və köçkün var. Onların 6 mini Kəlbəcərli, onun da yarısı Geşdəklidir. Mən Tərtərə yardım göstərsəm, onlara kim yardım edəcək?
Eldar müəllim dərhal danışıq tərzini dəyişərək güldü və dedi: "Sən Goranboydakı qaçqın və köçkünlərə gücün çatan qədər kömək et və sənə bu mövzuda daha tapşırıq verilməyəcək".
İdarəçilik mənafeyi bütün dövrlərdə olub və olacaqdır. Ümumi istiqamət dövlətə, xalqa xidmət etmək olsa da, prokurorluq, DİO, Xüsusi Xidmət orqanlarının öz idarəçilik mənafelərinin olmasında heç bir qeyri-adilik yoxdur. Ona görə də, hər bir şəxsin rəhbərlik etdiyi təşkilatın dövlət üçün daha önəmli olmasını göstərmək cəhdi başadüşüləndir. Eldar müəllim prokurorluqla əlaqədar qanunların (“Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keşmə haqqında”) hazırlanmasında və qəbul edilməsində xüsusi fəallıq göstərir, prokurorluq işçiləri üçün mümkün olan bütün təminatları əldə etmək istəyirdi. Xatirimdədir, qanunların ilkin layihəsində prokurorluq işçilərinin məzuniyyəti 45 təqvim günü nəzərdə tutulmuşdu. Bir sözlə, “Prokurorluq haqqında” qanunun sivil qaydada Avropa standartlarına uyğun qəbul edilməsi üçün, Eldar müəllim bütün gücünü və bacarığını ortaya qoyurdu. Tutduğu vəzifəni hansı şəkildə icra etməsindən asılı olmayaraq, rəhbərin dəyəri ilk öncə onun mənəvi keyfiyyətləri ilə ölçülür.
“Şah öldü, yaşasın Padişah!”. Fransada əmələ gəlmiş bu aforizm bir çox ölkələrdə, o cümlədən sovet cəmiyyətində az qala həyat normasına çevrilmişdi. Yadımdadır, 1972-ci ildə N.Podqornı və P.Şelest Sov.İKP MK-nin Siyasi Büro üzvlüyündən xaric ediləndə əmək kollektivlərində bu qərar müzakirə edilərək alqışlanır, rəhbərliyin "düzgün mövqeyi" dəstəklənirdi. Təbii ki, belə yanaşma tərzi idarə, müəssisə, nazirliklər səviyyəsində davam edir, yeni gələn rəhbər təriflənir, sabiqlər “söyülürdü”.
Bu ənənə prokurorluq orqanlarında da mövcud idi. İlyas İsmayılov Respublika Prokuroru təyin ediləndən sonra ilk kollegiya iclasında əvvəlki Respublika Prokuroru A.Zamanovun ünvanına danışmaq istəyən nüfuzlu prokurorluq işçisinin sözünü yarımçıq kəsərək "Nöqsanları üzə demək lazımdır ki, cəmiyyətə xeyri olsun. Olub keçənləri yada salmaqla irəliləmək mümkün deyil", - deyə, bu iyrənc ənənəyə son qoydu... Taleyin işinə bax! İlyas İsmayılov Respublika Prokuroru vəzifəsindən çıxandan sonra SSRİ Baş Prokurorunun 1-ci müavininin iştirak etdiyi ilk kollegiya iclasında bir dəstə yaşlı-başlı adam əlində “şpaqalka” keçmiş prokuror haqqında cəfəngiyyat danışmaq üçün, növbəyə düzülərək, əvvəlki ənənəni bərpa etsələr də, zaman adlı həyat sınağından üzü qara çıxdılar. Eldar müəllim bəzilərindən fərqli olaraq heç bir vaxt öz sələfləri haqqında mənfi fikir söyləmədi və başqalarına da imkan vermədi. Bu azmış kimi yaxınlarda 80 yaşı tamam olan keçmiş Respublika Prokuroru İlyas İsmayılov haqqında olduqca məzmunli və dəyərli yazı çap etdirdi. O, İlyas İsmayılovla bir gün də olsun birlikdə işləməsə də, İlyas müəllim haqqında belə yüksək səviyyədə yazı yazması Eldar Həsənov şəxsiyyətinin bütövlüyünün göstəricisi olmaqla bərabər, yazının xüsusi çəkisini daha da artırmış oldu.
Eldar müəllim zəngin və mənalı həyatının 14 ilini DİO-da, 6 ilini prokurorluqda, 17 ilini diplomatiya səhəsində fəaliyyət göstərib. Əgər müsahibə götürən jurnalist ondan soruşsa ki, "Eldar Həsənov, Siz kimsiniz - polis rəisi, prokuror, yoxsa diplomat?" - mənə belə gəlir ki, o, düşünmədən cavab verər:
- Mən prokuroram!
Çünki, O, həqiqətən də prokuror idi!
Son yazılar
Обзор на EPOS GTW 270 Hybrid
Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price
Şərhlər
Ələmdar müəllimin artıq Baş Prokuror təyin edilən vaxtıdır. O, savadına intelektinə, bacarıq və qabiliyyətinə görə Baş Prokuror olmağa laiq bir şəxsiyyətdir. O, hər cəhətcə ləyaqətli və şəxsiyyətli yoldaşdır. Ələmdar müəllimə uğurlar olsun.
Düz otuz ıl evvel menım ılk prokurorum olmuş Elemdar müellım! Sızı hemınkı kımı qürrelı,haqqı nahaqqa vermeyen,edaletlı gördüm.Allah sızı kımı ınsanları qorusun
Hörmetli Elemdar müellim, daima oxuduğum çox deyerli meqaleleriniz VETENPERVERLIK mövqeyimizi daha da artîrîr, QÜRURlar doğurur. Ve XALQÎMÎZÎN çox deyerli oğlu Cenab Eldar müellim haqqînda olan deyerli meqaleniz de be sarîdan bizlere nümunevidir. Odur ki, Size bir daha derin teşekkürler edirik!
Bu yazı "tost" deyil.Tanınmış Azərbaycan oğlu haqqında olduqca maraqlı və birnəfəsə oxunan həyat hekayəsinin təsviridir.Hörmətli Həbibə,həm müəllifi,həm də yazının qəhrəmanını yaxşı tanıyıram.Ələmdar müəllim tost deyən deyil,Eldar müəllim isə tərif sevən!
Ələmdar müəllim Eldar müəllim haqqında əhatəli,obyektiv fikirləriniz,düşüncələriniz üçün çox saqolun.Eldar müəllim mənsub olduğu millətə baş ucalığı gətirən dəyərli şəxsiyyətdir.O hansı vəzifədə işləmsindən asılı olmayaraq xalqına xidmət etməyi özünə həyat amalı seçib.Baş proukror işlədiyi çətin illərdə bunu bir daha nümunəvi şəkildə sübut etdi.Öz cəsarətli müdrik ağayana qanuni hərəkətləri ilə proukrorluq orqanlarına hörmət və şərəf gətirdi.Dövlətçilik mövqeyində proukrorluq orqanlarınınəsl yerinigöstərdi
Men siaset adami deyilem amma bele yazilari oxuyanda bilirsenki.seni qoruyan adamlar var....
Samir.S-ə. Rəhmətlik Heydər Əliyev 26 aprel 2000-ci ildə keçirilən müşavirədə Eldar müəllimin fəaliyyətinə qiymət verib. 425-ci səhifədə tanış ola bilərsiniz. http://files.preslib.az/projects/toplu/v2/f3_10.pdf Azpolitika, xahiş edirəm şərhi verin.
Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur,əhəmiyyətli olan odur ki,haqq kimin tərəfindədir-Viktor Hüqonun bu məşhur kəlamını böyük ölçüdə Eldar müəllimin fəaliyyətinə şamil etmək olar.Ələmdar müəllimə də təşəkkür edirəm-unutqan olmadığına görə.
Eldar Həsənova əvvəldən də bir rəğbətim,simpatiyam var idi.Bu yazıdan sonra isə məndə Eldar müəllimə qarşı həyacan dolu hisslər keçirdim,hansı ki,bu həyacan daha çox rəğbət doğuran hiss idi.Və qürurlandım ki,bizim də belə-Eldar müəllim,İlyas müəllim kimi sözün yaxşı mənasında əsil prokurorlarımız,əsil kişilərimiz olub.Təşəkkürlər Ələmdar müəllimə ki,belə hərtərəfli,duyğulu yazıya görə...
Ən başlıcası Eldar müəllim yüksək insani keyfiyyətlərə malikdir...
Keçmişləri pisləmək az qala adət normasına çevrildi bir vaxtda belə yazıların olması qürurverici haldır.Nə yaxşı ki Eldar müəllim kimi şəxsiyyətlərimiz qalıb.Nə xoşdur ki,Ələmdar müəllim kimi qədirbilən insanlarımız var.
Cox deyerli genis mezmunlu yazini bizlerle paylashdiginiz ucun minnetdarligimizi bildirir tutdugu vezifesinden asili olmayarag dovleti ve veteni ucun elinden geleni esirgemeyen dovlet iscilerimizi bagrima basiram.
Yazılan "tost"larda yazı tərzindən, nöqtənin, vergülün qoyulmasından məlum olur ki, "tost"ları eyni adam yazır.