ABŞ Ukraynaya lazım olan silah-sursat göndərəcək.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Müdafiə nazirinin köməkçisi Derek Çollet deyib.
O, Rusiyanın Ukraynaya qarşı yeni növ müharibə apardığını bildirib:
“Ukraynanın şərqi ümumiyyətə silahsızlaşdırılmayıb. Tezliklə Ukrayna öz sərhədlərini qorumaqdan ötrü lazım olan müdafiə ləvazimatlarını alacaq. Ukrayna tərəfinin göndərdiyi siyahı kifayət qədər böyükdür. Belə ki, Ukraynanın özü də böyük müdafiə sənayesinə malikdir. Onlar dünyada altıncı yerdədirlər və ən böyük müştəriləri də Rusiyadır. Biz kömək edəcəyik, amma Ukrayna elə bir ölkədir ki, özü-özünü də qoruya bilər. Əgər Kiyev Rusiyanı itirsə, o zaman ABŞ icazə verməyəcək ki, müdafiə sənayesində olan minlərlə iş yeri bağlansın. ABŞ Rusiyanın yerinə ən böyük istehlakçı olmaq niyyətindədir”.


Şərhlər