Menu

Putinin zirehli limuzini satışa çıxarılıb

18.04.2018, 21:16
Putinin zirehli limuzini satışa çıxarılıb

Rusiya prezidenti Vladimir Putinin avtomobili “Avto.ru” saytında 8,5 milyon rubla satışa çıxarılıb.

Oxu.Az-ın Lenta.ru-ya istinadla məlumatına görə, 2003-cü il buraxılışı olan göy rəngli zirehli “Mercedes-Benz Pullman W220 S600” limuzini şəxsi kolleksiyadadır.

Avtomobilin yürüş məsafəsi 88 min kilometrdir.

“Nəqliyyat vasitəsi Kremlin qarajında olub və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin hakimiyyəti vaxtında istifadə edilib”, - elanda deyilir.

Elanda avtomobilin xüsusi sifarişlə hazırlandığı qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol