Menu

Meksikada toqquşmalar nəticəsində 16 nəfər ölüb

18.04.2018, 21:46
Meksikada toqquşmalar nəticəsində 16 nəfər ölüb

Meksikanın Gerrero ştatında cinayətkarlarla polis arasında baş verən toqquşmalar zamanı 16 nəfər ölüb.

"Report" "El Universal" nəşrinə istinadla xəbər verir ki, Valyesitos de Saraqos yaşayış məntəqəsində konvoya hücum nəticəsində 6 polis əməkdaşı həyatını itirib.

Bildirilir ki, daha bir hadisə Koakoül şəhərində baş verib. Orada silahlı mülki şəxslərlə asayiş keşikçiləri arasında atışma nəticəsində 10 şübhəli şəxs öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol