Menu

“Namizədimiz hörmətli Rəcəb Tayyib Ərdoğandır” - Dövlət Bağçalı

18.04.2018, 22:28
“Namizədimiz hörmətli Rəcəb Tayyib Ərdoğandır”  - Dövlət Bağçalı

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı növbədənkənar prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcəyini bəyan edib.

APA-nın xəbərinə görə, bu barədə D.Bağçalı özünün “Twitter” səhifəsində yazıb.

“Namizədimiz hörmətli Rəcəb Tayyib Ərdoğandır”, D.Bağçalı qeyd edib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Ölkədə növbədənkənar prezident və parlament seçkiləri keçirilməsinə dair təkliflə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol