Menu

İranda güclü zəlzələ oldu

19.04.2018, 11:59
İranda güclü zəlzələ oldu

İranda 5,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutu yeraltı təkanların ölkənin cənubunda Buşir əyalətində qeydə alındığı barədə xəbər yayıb.

Məlumata görə, zəlzələnin episentri Kaki şəhərindən 3 kilometr məsafədə, yerin 18 kilometrliyində olub.

İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol