Menu

Rusiya Baş Qərargah rəisi Bakıda NATO-nun ali komandanı ilə görüşəcək

19.04.2018, 12:55
Rusiya Baş Qərargah rəisi Bakıda NATO-nun ali komandanı ilə görüşəcək

Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatında onun Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin ali komandanı ordu generalı Körtis Skaparroti ilə görüşəcəyi bildirilir.

Qeyd olunub ki, tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, eləcə də Suriyadakı vəziyyəti müzakirələr edəcəklər.

"İşgüzar səfər zamanı V.Gerasimovu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcək", - Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol