Menu

Tovuz sakini özünü asıb

19.04.2018, 16:17
Tovuz sakini özünü asıb

Tovuzda intihar hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Rayon sakini, 1992-ci il təvəllüdlü Hacıyev Fazil Arif oğlu yaşadığı evin həyətində olan tövlədə özünü asaraq intihar edib. Onun 2-ci qrup əlil olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol