Menu

Prezident generalın qardaşına “Şöhrət” ordeni verdi

16.07.2014, 19:13
Prezident generalın qardaşına “Şöhrət” ordeni verdi

Prezident İlham Əliyev “T.M.Zeynalovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Tofiq Məhəmmədəli oğlu Zeynalov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, T.Zeynalov 2007-ci ildən indiyədək Tovuz rayon İcra Hakimiyyətinin başçısıdır. O, Dövlət Yol Polisinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır.

* * *

İlham Əliyev həmçinin “R.H.Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Həsən oğlu Əliyev Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Rasim Əliyev Azərbaycanın əməkdar memarı, Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvüdür. O, akademik Həsən Əliyevin oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol