Menu

“HANSI ÖLKƏDƏ DÖVLƏT MƏMURU 23 İL İŞLƏYİR?” - Abid Şərifov

23.04.2018, 11:51
“HANSI ÖLKƏDƏ DÖVLƏT MƏMURU 23 İL İŞLƏYİR?” - Abid Şərifov

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. A.Şərifovun təcili xəstəxanaya yerləşdirildiyi, hazırda kardiologiya şöbəsində müalicə olunduğu bildirilib.

Yayılan informasiyalar haqda Oxu.az-a açıqlama verən Abid Şərifov, barəsində yazılanların yalan olduğunu deyib. O bildirib ki, hazırda evdədir və səhhəti normaldır: “Kim xəstəxanaya yerləşdirilib? Mən? Mənim xəstəxanada nə işim var? Bu yalan məlumatı yayanlara Allah insaf versin. Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim?

Əgər, 23 il dövlətin bir vəzifəsində işləmişəmsə və 79 yaşımda cənab prezidentin sərəncamına əsasən, işdən azad edilmişəmsə, bu haqda başqa düşüncələr ola bilər? Hansı ölkədə dövlət məmuru 23 il işləyir? Mən həmişə vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”.

Xatırladaq ki, A.Şərifov ürəyində problem yaranması səbəbindən israildə müalicə olunmuşdu.

Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Sabir baş nazir müavini orada əməliyyat olunmuşdu.

Qeyd edək ki, Abid Şərifov prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsindən çıxarılıb.

Şərhlər

Zəhmətkeş 2018-04-23 11:51:04

Gərək Hacıbala və Rmiz müəllimi saxlayırdılarsa onda Abid müəllimi də saxlayaydılar. Fikir edəcək. Yenə ERlçi müəllim kitabdan zaddan yazıb bir təhər başını qatıb dolanacaq bəs bu yazıq neyləyəcək kitab da yaza bilmir.

ARİF 2018-04-23 11:51:04

BU ADAM ETİRAF EDİR Kİ, ONU ZORLA VƏZİFƏDƏ SAXLAYIBLAR.

Müfəttşə 2018-04-23 11:51:04

Bəli,bisdə banan yetişmir.Ancaq ölkəni ... Bunun belə davam etməsi isə yalnız banan ölkələrində olur.Ona görə bənzətmə dorudr.Azərbaycan xalqı bu yüz illərdə kadr yetişdirə bilmədi... Bu ağılsız ,düşüncəsiz sistem bu millətdən nə istəyir?Elə inkişafdan ləbbey edənlər öz ciblərini nəzərdə tuturlar? Bu Azərbaycan xalqına qarşı soyqırıma bənzəyir..

-- 2018-04-23 11:51:04

Afrikada v Azrbaycanda. Sizin kimileri isleyir. Aq tapochka meselesi

Sual 2018-04-23 11:51:04

Dunyani derk eden insan neye gore ve niye 80 yawa kimi yuksek vezifede iwlemelidir???????

Müfəttiş 2018-04-23 11:51:04

Bizdə banan yetişmir.....................

R-n 2018-04-23 11:51:04

Biri,o birine esebleshib deyir,"neynek bizim hagg-hesabimiz galsin sonraya,o dunyada gorusherik."O biri deyir ki,"gel ele bu dunyada hagg-hesabi curudek,teessuf ki,biz o dunyada gorusmeyeceyik."Niye sualina bele cavab verir-"cunki sen cehenneme,men ise cennete gedecem..."Abid kimi elibalalari,heyif ki,o dunyada gore bilmeyeceyik.Xalgin onlarla bir yerə getmə ehtimalı yoxdur....bu məmurlar onsuz da ona bu dunyada cehennemi yashadir...

Abid Şərifova 2018-04-23 11:51:04

Dövlət məmurunun 70-80 yaşa qədər məsul vəzifədə 20-30 il işləməsi yalnız banan ölkəsi olan Azərbaycanda mümkündür.Digər ölkələrdə belə kollektiv halan rast gəlmək mümkün deyil.Bilirsinizsə söyləyin hansı ölkədə 20-30 il nazir bir kresloda oturur,hansı ölkədə hökumətdə -nazirlər kabinəsi misalında bir şəxs 25 il bir vəzifədə saxlanılır və bunu kii...
Bilirsinizsə açın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol