“Əvvəla onu demək istəyirəm ki, bunlar sadəcə şayiədir və real olaraq Gürcüstan bu cür proyektlər gerçəkləşdirmir”. Bunu AzPolitika.info-ya eksklüziv açıqlamasında Gürcüstan politoloqu Arçhiko Çikoidze Gürcüstanda yaşayan azərbaycanlıların yurd-yuvalarından köçürülərək həmin yerlərə ermənilərin məskunlaşdırılması haqda yayılan informasiyaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu cür layihənin mövcud olması ehtimalı da ola bilər: “Lakin bu cür variantın tətbiqi konstitusiya əleyhinə və ya Azərbaycan əleyhinə bir addım kimi qiymətləndirilməməlidir. Gürcüstanda yaşayan azərbaycanalılar kimi ruslar, isveçlilər, ukraynalılar da Gürcüstan vətəndaşıdırlar və eyni hüquqa malikdirlər. Ona görə də, belə bir hadisə baş verərsə, bu Azərbaycana qarşı mövqe kimi qələmə verilməməlidir. Gürcüstanın öz qanunları var. Həmin qanunlara görə, heç kəs heç kəsi güclə öz yerindən və yurdundan çıxara və ya köçürə bilməz. Ona görə, mən bu cür şayiələri əhəmiyyətsiz hesab edirəm. Köçürülmə yalnız və yalnız həmin azərbaycanlıların istəyi olarsa mümkün ola bilər”.
Gürcü politoloqu eyni zamanda erməni saytlarının neçə həftələrdir Ermənistan-Gürcüstan arasındakı ticarət əlaqələrinin mövcudluğu haqda yazmalarına da münasibət bildirdi: “Gürcütsan Ermənistandan praktiki olaraq heç nə almır və ya satmır. Ona görə də iki dövlət arasında heç bir ticarət əlaqələri mövcud deyil”.
Ülkər Musazadə


Şərhlər