«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya və Fransa prezidentləri - Vladimir Putin və Emmanuel Makron telefon danışığı zamanı ABŞ və müttəfiqlərinin raket zərbələrindən sonra Suriyadakı vəziyyəti müzakirə ediblər. Xəbəri Kremlin mətbuat xidməti yayıb.
«Rusiya tərəfi qeyd edib ki, beynəlxalq hüququn kobud şəkildə pozulmasının bariz nümunəsi olan bu hücum, Suriya böhranının tənzimlənməsi məsələsində əlavə gərginliyə gətirib çıxardıb» - deyə, dərc olunmuş materialda qeyd edilir.
Makron bazar ertəsi Amerika Birləşmiş Ştatlarına (ABŞ) ilk rəsmi səfərinə gələcək. ABŞ lideri ilə görüşün əsas məqsədləri qismində o, yaxşı və möhkəm əlaqələrin nümayişi olduğunu önə çəkib.
Kütləvi informasiya vasitələri (KİV) ehtimal edirlər ki, görüş zamanı fransalı lider «ticarət müharibəsi»nə və İranla nüvə sazişinin dəyiqirilməsi məsələlərinə də toxunacaq.


Şərhlər