Ermənilər Azərbaycanın fürsətdən istifadə edəcəyindən qorxurlar
Ermənistanda baş verən hadisələr həm rəsmi İrəvanı, həm də qondarma rejim rəhbərliyini təşvişə salıb.
Azərbaycanın mümkün hərbi hücumundan ehtiyat edən Dağlıq Qarbağdakı qondarma rejimin rəhbəri Bako Saakyan təcili olaraq, İrəvana gedib. Ancaq görünür, hökumətdə görüşəsi adam tapmadığından, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanla görüşüb.
Rəsmi məlumatda bildirilir ki, guya görüşdə müzakirə mövzusu Ermənistanda yaranan situasiyadan çıxış yolları oıub. Lakin əsas səbəbin Azərbaycanın atacağı mümkün adımları müzakirə etmək olduğu daha inandırıcı görünür. Bu ehtimalı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın son açıqlaması da təsdiqləyir. Nazir deyib ki, İrəvanda baş verən hadisələr fonunda Azərbaycan cəbhə bölgəsinə hərbi texnika və canlı qüvvə yığır:
"Beynəlxalq birlik və Minsk Qrupu Azərbaycanı çəkindirməlidir və tələb etməlidir ki, hərbi texnika və artileriyasını cəbhə xəttindən geri çəksin. Qarabağ probleminin sülh yolu ilə həllinə alternativ yoxdur və hərbi gücün tətbiqi gözlənilməz nəticələrə səbəb ola bilər."
O deyib ki, Azərbaycan illyuziyalara qapılmamalıdır və Ermənistan istənilən situasiyada Dağlıq Qarabağ ermənilərini müdafiə edəcək.


Şərhlər
Bu Bako Saakyan lap axmaq adam imiş ki.Kimə lazımdır muharibə.Bizim daha vacib işlərə başımız qarışıb.Neft ,qaz, qızıl yataqları və fındıgımız pambıgımız bəsimizdir.Şair demişkən,ag gunə çıxacagıq , qara neftimiz bitəndə.