Menu

GÖMRÜK KOMİTƏSİNİN SƏDRİ DƏYİŞDİ! - Aydın Əliyev vəzifəsindən uzaqlaşdırıldı!

23.04.2018, 19:33

Gomruk-main

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevi vəzifəsindən uzaqlaşdırıb. Prezidentin digər sərəncamı ilə Səfər Məmməd oğlu Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunub.

"AzPolitika" xatırladır ki, S.Mehdiyev indiyədək Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsini tuturdu.

Səfər Məmməd oğlu Mehdiyev 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirmişdir.Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR, Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır.

1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.

2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.

2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışır. 2 övladı var.

Şərhlər

NURəddin 2018-04-23 19:33:48

BU DƏYİŞİKLİK ZAD DEYİL. ELƏ BAYAQDAN DA AYDININ İŞİNİ ELƏ SƏFƏR GÖRÜRDÜ.HEÇ NƏ DƏYİŞMƏYƏCƏK, GÖRƏRSİZ. SİZ NƏ DANIŞIRSINIZ, GÖMRÜYÜ GÖZDƏN KƏNARA QOYMAQ OLAR? ONU YAD ƏLLƏRƏ ETİBAR ELƏMƏK OLAR? YAĞ GÖLÜDÜR. PUL FABRİKİDİR. MONOPOLİSLƏRİN QARANTİYA MƏRKƏZİDİR.XALQIN ÜZÜNƏ QAPADILMIŞ BİR QADAĞAN QAPISIDIR...

Rehim 2018-04-23 19:33:48

Gor kimk vezifeye getirirler.Nehremli))))..

Cəmşid İrzaquliyevə 2018-04-23 19:33:48

Tapılmayan şeyi axyarana dəli deyilir.Bura sökülməkdə olan Azərbaycandır.

EM-ə 2018-04-23 19:33:48

Necə hamısını dəyişə bilər? Bu mümkün deyil.Bölgə vəzifəliləri Prezidentdən inciyərlər.Belə şey olar?Bilmirsən ki,indi kimlər vəzifələrə təyin olunur və ya saxklanılır?

Pərviz 2018-04-23 19:33:48

Şilo na mılo!

Azəri 2018-04-23 19:33:48

Bu da naxçıvanlı?

Cəmşid İrzaquliyev 2018-04-23 19:33:48

Hər birinə xdeyirli uğurlu olsun deyək. Lakin arzu edək ki, bu gəlişmələr idarəetmədə yeni abı-hava gətirmiş olsun. Nəhayyətdə oturmuş olduqları qapıları xalqın üzünə açmış olsunlar. Yoxsa əvvəlkilərin qoymuş olduqları qaydaları davam etdirəcəklərsə, heç nə dəyişməyəcək. Yaşayaq görək.

Müfəttiş 2018-04-23 19:33:48

Oranı elə əvvəldən də S.Mehdiyev idarə edirdi....

Em 2018-04-23 19:33:48

Deyirəm ki, Cənab Prezident gərək Dövlət Gömrük Komitəsinin rəhbərliyini hamısını dəyişərdi. ...

Vətəndaş 2018-04-23 19:33:48

İnsan nə qədər arıqlayar? Bu qədər zəif insanlar necə çalışırlar? Görəsən onlar nə yeyiblər? Ekrana da sığmırlar.Orada nə var görəsən?Maşallah hamısı da general.General adı nə qədər ucuzlaşıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol