Menu

4 DEPUTATA YÜKSƏK VƏZİFƏ VERİLDİ - Adlar + FOTOLAR

23.04.2018, 20:54
4 DEPUTATA YÜKSƏK VƏZİFƏ VERİLDİ -  Adlar + FOTOLAR

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib. "AzPolitika.info" məlumat verir ki, Nazirlər Kabinetinin yeni tərkibində 4 millət vəkilinə yüksək vəzifə verilib.

Onlardan Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsinə təyin edilib.

Muxtar Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. Yeni nazir ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, eləcə də Azərbaycan Respublikası Milli Məclisinə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkili olub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə isə Fuad Rauf oğlu Muradov təyin edilib.

F. Muradov 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədri, Milli Məclisin millət vəkili olub.

 

Prezidentin digər qərarı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə Vüsal Əfqan oğlu Hüseynov təyin edilib.

Vüsal Hüseynov 1980-ci ildə Bakı şəhərində anadan olub. Millət vəkili Vüsal Hüseynov Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışıb.

Bundan əvvəl verilən sərancamla isə Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə deputat Rövşən Rzayev sədr təyin olunub.

Qeyd edək ki,  Rövşən Rzayev 1962-ci ildə Bakıda anadan olub.  Uzun illər ədliyyə sahəsində çalışan R.Rzayev siyasi mənsubiyyətcə, bitərəfdir.

2004-cü ildən millət vəkili seçilən və Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Gənclər və idman komitəsinin üzvü Rövşən Rzayev Bakının sabiq prokuroru Şükür Rzayevin oğludur.

Qeyd edək ki, ədliyyə general-mayoru olan Şükür Rzayev I Qarabağ müharibəsi zamanı əsirlikdə olub.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü olub.

"AzPolitika.info"

Şərhlər

Elçin 2018-04-23 20:54:51

..... Hamısı Mehdiyevin kadırlarıdı. ,....

Oxucu 2018-04-23 20:54:51

Bəs Siyavuş Novruzov.Bu qədər də sayğısızlıq olarmı.Adam dəridən-qabıqdan çıxıb.Allah səbr versin.Amin!!!

--- 2018-04-23 20:54:51

Sevindirici hec ne yoxdur. Amma bu insanlar daim öz üzərində ishləyən, etik normalara xüsusi diqqət verən, medeni davranishları, nitqləri olan adamlardır. Hər halda PRİMİTİV əyalət hərəkətləri və davranıshları, danıshıqları yoxdur.

Yolçu 2018-04-23 20:54:51

Bu Fuadı nə tez-tez vəzifədən-vəzifəyə tullandırırsınız? O nə təhsilin,biliyin,təcrübənin sahibidir ki? Ya onun dayısndan ehtiyat edilir,ya da ...

Malik Nağıyev 2018-04-23 20:54:51

Bunların içərisində bir nəfər də olsa öz zəhməti və bacarığı ilə yüksələn ,sadə əməkçi evladı varmı? Axtarsanız,Bakıda anadan olmasına baxmayaraq əslən haralı olması da maraqlıdır.
Bir kasıb balasının və ya kasıbın vəzifəyə təyin olunmaması çox şeydən xəbər verir. Yazıq millət, Görəsən sizi daha nələr gözləyir.Allah köməyiniz olsun ay azərbaycanlılar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol