Menu

BMT baş katibi Qarabağda gərginliyin artmasına yol verməməyə çağırıb

24.04.2018, 09:43
BMT baş katibi Qarabağda gərginliyin artmasına yol verməməyə çağırıb

BMT-nin Baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına yol verməməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə A.Quterrişin bəyanatında deyilir.

"Baş katib, fürsətdən istifadə edərək, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu yaxınlarda təmas xəttində mümkün gərginlik hallarının qarşısını almaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün səyləri artırmaq məqsədi ilə tərəflərə ünvanladığı müraciətinə qoşulmaq istərdi", - bəyanatda deyilir.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu 1994-cü ildə yaradılıb. Hazırda Minsk qrupunun həmsədrləri Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şoferdir.

Şərhlər

əli 2018-04-24 09:43:35

Çox qələt eləyib belə deyib ...ondansa qətnamələr niyə yerinə yetirilmirdən danış

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol