Menu

Fransanın futbol əfsanəsi öldü

24.04.2018, 15:30
Fransanın futbol əfsanəsi öldü

Fransa futbol millisinin keçmiş oyunçusu və məşqçisi Anri Mişel 71 yaşında dünyasını dəyişib.

Trend-in məlumatına görə, oyunçu karyerasının böyük hissəsini o, Fransanın "Nant" (1966-1982) komandasında keçirib. Fransa millisində isə onun hesabında 58 parlaq oyun var.

Futbolçu kimi karyerasını bitirdikdən sonra 1982-ci ildən Fransanın gənclərdən ibarət yığmasına məşqçilik edib və 1984-cü ildə Olimpiya Oyunlarının qalibi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol