Antaliyada polis idarəsinin həyətindəki Türkiyə bayrağını endirməyə çalışan 19 yaşlı Cengiz Önkol polis tərəfindən ayağından güllə ilə vurulub.
Avropa.info xəbər verir ki, Türkiyə vaxtı ilə 19:50-də polis idarəsinə şikayətlə bağlı gəldiyini deyən Cengiz Önkol idarənin həyətinə girib.
Polis idarəsinin həyətində bir müddət gəzişən Önkol, anidən bayraq dirəyinə dırmaşmağa başlayıb. Polis idarəsi növbətçisinin xəbərdarlığına baxmayaraq , Önkol bayrağa doğru qalxmağa davam edib. Bayrağı endirmək istəyən Önkola xəbərdarlıq etmək üçün, polis iki dəfə havaya güllə atıb. Buna rəğmən fəlaiyyətinə davam edən Cengiz Önkol ayağından güllə ilə vurulub.
Önkol polis tərəfindən çağırılan ambulansla Antaliya Xəstəxanasına göndərilib. Məsələylə bağlı araşdırma aparan polis Önkolun bundan əvvəl də dəfələrlə asayişi pozduğunu aşkarlayıb


Şərhlər