“Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”.
APA-nın ATV-yə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edən zaman bildirib.
PA rəhbəri Azərbaycan prezidenti İlham Əliyevin DMX-nın fəaliyyətinə müəyyən iradlar tutduğunu bildirib, Xidmətdəki nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayıb: “Möhtərəm prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”.


Şərhlər
Təkcə elə Miqrasiya Xidmətindəmi.Bəs qalanları rüşvətxorluga davam etsinlərmi? Həm də bu rüşvətxorluq deyil KORRUPSİYADIR.....
Rusvətxorluga son qoymaga çağırışı dövləti idarə edənlər edirsə, həkimlər xəstələri sağaltmaq əvəzinə sağlamlığa , müəllimlər təlim-tərbiyə əvəzinə təlimli və tərbiyəli olmağa, huguq müdafiə orqanları asayiş əvəzinə bu istiqamətdə ....və s. çağırışlar etməlidir. Hər şey o zaman düzələcək.
Maraqlıdır başqa qurumlardan danışan yoxdu,Ramiz müellim biraz yol polisinden danışın,biabırçılıqdı niye hamı susur?kimlerse rüşvet alır kimlerese olmaz?
Ramiz Mehdiyev, sen, SHUAR - CHAQIRISH - TELEB seslendirmekle ,
rushvet-korrupsiyanin LEQV EDILMESINI ISTEYIRSEN ????
Bes, SEBEBLER.... barede, sen, NIYE SUSURSAN...????