Menu

43 min işçisi olan şirkət Azərbaycanı tərk edir

25.04.2018, 09:44

closed“Saipem S.p.A” şirətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub.

“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96, Landmark 1, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Saipem” neft və qaz sektorunda qazma xidmətləri, eləcə də mühəndis, satınalma, kompleks layihələr, tikinti və boru kəmərləri, torpaq və dənizdə quraşdırma sahəsində dünya liderlərindən biridir. 43 min işçisi olan, dünyanın 60 ölkəsində fəaliyyət göstərən şirkət “TAP” konsorsium ilə layihənin dəniz hissəsində Layihələndirmə, Tədarük, Tikinti və Quraşdırma (EPCİ) işlərinin aparılması ilə bağlı bir neçə müqavilə imzalayıb.

Şərhlər

DƏRMAN 2018-04-25 09:44:19

43000 İŞ YERİ İTİRƏN İŞÇİLƏR AİLƏSİNİ HARDAN DOLANDIRACAQ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol