«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) diplomatiya başçısı Federika Moqerini çərşənbə günü bəyan edib ki, İranla bağlanmış nüvə sazişi dəyişiklik olmadan qalır, onu yerinə yetirməyə davam etmək lazımdır.
«Atom üzrə İranla bağlanmış saziş dəyişiklik olmadan qüvvədə qalır. Onu yerinə yetirməyə davam etmək lazımdır» - deyə, xanım Moqerini Brüsseldə keçirilən beynəlxalq konfransda jurnalistlərə bildirib.
Fransanın Prezidenti Emmanuel Makron isə ABŞ Prezidenti Donald Trampla görüşdən sonra bəyan edib ki, İranla bağlanmış nüvə sazişinə əlavə olaraq, yeni bir saziş üzərində işləmək niyyətindədir.


Şərhlər