Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş nazir Səlim Müslümovun vaxtında elan etdiyi müsabiqə ləğv olunub. “Qafqazinfo” xəbər verir ki, müsabiqə haqda elan S. Müslümov vəzifədən azad olunmazdan bir gün əvvəl verilib. Müsabiqənin mövzusu “Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi” olub və QHT-lər üçün nəzərdə tutulub. Tədbirin mayın 4-də keçiriləcəyi elan olunub.
Lakin dünən nazirlik həmin müsabiqəni ləğv edib və bu gün rəsmi mətbuatda bu haqda elan yayıb. Tədbirin ləğv olunmasının səbəbləri açıqlanmayıb.



Şərhlər
CƏNAB NAZİR Xahiş edirik hərbiçilərin güzəştli illərinə görə 3 faizin 2 faizlə əvəzlənməsi qanunu,01.07.17-ci il tarixə pensiya hüququ əldə etmiş hərbiçilərə tətbiqi dayandırılsı. Heç bir qanunun geriyə və ağırlaşdırıcı quvvəsi yoxdur.Nazirlikdə bizi eşidən yoxdur.Nazirliyin 11.12.17-ci il 17 saylı təlimatında açıq şəkildə yazılıb 01.07.17 tarixə kimi pensiya hüququ əldə edib və müraciyyət etməyib xidmətini davam etdirənlərin pensiyası köhnə qanunla hesablanacaq.Biz hərbiçilərə kömək etməyinizi Xahiş edirik
"Pensiya haqqında" yeni anti-xalq qanunu ləğv edin!!!