Menu

Bakıdan Kiyevə uçan təyyarə qəza enişi etdi

17.07.2014, 11:32
Bakıdan Kiyevə uçan təyyarə qəza enişi etdi

Bu gün səhər Bakıdan Kiyevə uçan sərnişin təyyarəsi Rusiya ərazisində - Mineralnıe Vodı şəhərində məcburi eniş edib. Bu barədə Modern.az saytına təyyarənin azərbaycanlı sərnişinləri məlumat veriblər. Hazırda "Minvod"da olduqlarını deyən sərnişinlərin sözlərinə görə, onlara təyyarənin texniki nasazlıq səbəbindən məcburi eniş etdiyi bildirilib.

Modern.az saytının əməkdaşı hadisəylə əlaqdar AZAL-la əlaqə saxlayıb. Aviaşirkətin mətbuat xidmətinin rəhbəri Məhrrəm Səfərli onlara belə məlumat daxil olmadığını söyləyib.

Əməkdaşımız təkrarən "Minvod"da olan sərnişinlərlə əlaqə saxlayıb. Onlar faktı bir daha təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol