Menu

Timoşenko prezidenti qabaqlayır

26.04.2018, 16:40

TimosenkoUkraynanın “Reytinq” sosioloji qrupu 2019-cu ilin yazında keçiriləcək prezident seçkisinin mümkün namizədləri ilə bağlı sorğu aparıb. Novator.az-ın məlumatına görə, sorğuda iştirak edənlərin 14%-i bildirib ki, prezident seçkisində sabiq baş nazir, Ali Radanın deputatı Yuliya Timoşenkoya səs verəcək.

Sabiq müdafiə naziri Anatoli Qritsenkoya sorğuya qatılanların 11%-i dəstək ifadə edib.

Sorğunun nəticələrinə əsasən, prezident Pyotr Poroşenkoya respondentlərin 9%-i səs vermək niyyətindədir.

Deputat Yuri Boyko və sabiq deputat, müğənni Svyatoslav Vakarçuk da 9%-lik nəticə göstəriblər.

Respondentlərin 8%-i deputat Oleq Lyaşkoya və şoumen Vladimir Zelenskiyə dəstək nümayiş etdirib.

Sorğuya qatılanların 6%-i sahibkar və siyasi xadim, deputat Vadim Rabinoviçə səs vermək niyyətində olduğunu bildirib.

“Reytinq”in sorğusu aprelin 10-dan 22-nə kimi Ukraynanın bütün bölgələri üzrə seçki hüququ olan 6 min insan arasında aparılıb.

Ukraynada sonuncu prezident seçkisi 2014-cü il mayın 25-də olub. Həmin seçkidə Pyotr Poroşenko 54,7% səslə qalib gəlib. Yuliya Timoşenko 12,8%-lə ikinci, Oleq Lyaşko 8,3%-lə üçüncü olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol