Menu

"Ərdoğan hamımızın namizədidir” - Davudoğlu iddiaları yalanladı

26.04.2018, 17:17

davudoglu_47AKP-dən başqa hər hansı bir siyasi hərəkat, təşkilat daxilində olmadım, olmaram. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin keçmiş baş naziri, AKP-nin Konyadan olan millət vəkili Əhməd Davudoğlu TBMM-də keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

“Əgər belə bir şey etsəm, o zaman AKP kimliyimi buraxaram. Bu kimliyi buraxmaq niyyətim yoxdur və olmayacaq. AKP-nin qəbul etdiyi qərar mənim qərarımdır. Cənab Rəcəb Tayyib Ərdoğan hamımızın namizədidir”, - Davudoğlu bildirib.

Qeyd edək ki, Abdullah Güllə bərabər, Əhməd Davudoğlunun da Ərdoğandan başqa namizədi dəstəkləyəcəyi barədə iddialar səsləndirilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol