Menu

Rauf Mirqədirovun vəkilləri bəyanat hazırlayır

17.07.2014, 11:37
Rauf Mirqədirovun vəkilləri bəyanat hazırlayır

Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin birgə məlumatına cavab olaraq Rauf Mirqədirovun vəkilləri Fuad Ağayev və Elmar Süleymanov birgə bəyanat hazırlayırlar. Bu barədə vəkil Elmar Süleymanov Modern.az-a məlumat verib. Onun sözlərinə görə, bəyanat gün ərzində mətbuatda yayımlanacaq.

Qeyd edək ki, 2010-cu ilin avqustundan Türkiyədə yaşayan "Ayna","Zerkalo" qəzetlərin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olub və daha sonra Bakıda həbs edilib. O, dövlətə xəyanətdə ittiham olunur. Jurnalist ittihamları rədd edir

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol