Menu

Salah yenə hamını qabaqladı - Çempionlar Liqasında

27.04.2018, 21:26
Salah yenə hamını qabaqladı - Çempionlar Liqasında

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadla yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah bu ada layiq görülüb. Misirli futbolçu səslərin 92 faizini toplayıb.

“Real”ın müdafiəçisi Marselo isə 8 faiz səs yığıb.

Qeyd edək ki, Salah yarımfinalın "Roma" ilə ilk matçında (5:2) 2 qol, 2 məhsuldar ötürmə və gözəl oyunu ilə yadda qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol